Ay Tominaqa
Ay Tominaqa (冨永 愛, 1 avqust 1982, Saqamihara, Kanaqava prefekturası, Yaponiya) –Yaponiya modeli və aktrisası.
Avropa podiumlarına çıxan ilk asiyalı qadın modellərdən biridir. Bon Image Corp (Tokio), Marilyn Agency (Paris), View Management (Barselona) kimi agentliklərlə əməkdaşlıq edir.
"Vogue" (Yaponiya), "Harper's Bazaar" (Yaponiya, Çin, Sinqapur, Malayziya, İndoneziya), "Elle" (Yaponiya, Sinqapur, Honkonq), "Marie Claire" (Honkonq), "Madame Figaro" (Tayvan, Tailand) jurnallarının üzlüklərində görünmüşdür. Tominaqa Con Qalyano, Vivianna Tam, Anna Sui, Kristian Dior, Karl Lagerfeld, Maykl Kors, Ralf Loren, Eli Saab, Aleksandr Makkuin kimi dəb modelyerləri, Valentino, Dolce & Gabbana, Lanvin, Gucci, Givenchy kimi brendlər üçün podiuma çıxmışdır. "Vogue" (ABŞ, Fransa, Britaniya, Yaponiya), "Harper's Bazaar", "i-D" kimi jurnallarda tez-tez görünmüş, Enni Leybovitz, Nik Nayt, Stiven Mayzel, Ellen fon Unvert, Mert və Markus, Peter Lindberq kimi dəb fotoqrafları üçün pozalar vermişdir.
Tominaqa Yves Saint Laurent, Gucci, Hermès, Tag Heuer, Banana Republic və Moschino brendlərinin kampaniyalarında iştirak etmişdir. 2004-cü ildə buraxılmış Pirelli təqvimində görünmüşdür. Hazırda Tokioda yaşayır və modelliklə yanaşı, televiziya, radio və başqa fəaliyyətlər ilə məşğul olur.
2004-cü ilə bir yapon aşpazla evlənmişdir və 2005-ci ildə oğlu olmuşdur.